Зарегистрироваться
Восстановить пароль
FAQ по входу

Qarabağ: folklor da bir tarixdir, I kitab (Ağdam, Füzuli, Ağcabədi, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarından toplanmış folklor örnəkləri)

  • Файл формата pdf
  • размером 2,73 МБ
Qarabağ: folklor da bir tarixdir, I kitab (Ağdam, Füzuli, Ağcabədi, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarından toplanmış folklor örnəkləri)
Bakı: Elm və təhsil, 2012. — 464 səh. ISBN: 9-789952-810851
Dağlıq Qarabağ və ona yaxın ərazilərin işğalından sonra yüz minlərlə insan öz doğma torpaqlarından didərgin düşmüş və Azərbaycanın müxtəlif bölgələrinə səpələnmişdir. Bu da öz növbəsində köçkün həyatı yaşayan Qarabağ sakinlərinin yaddaşındakı şifahi yaradıcılıq nümunələrinin, bölgədəki tarixi-coğrafi məkanlarla, övliyalarla, müqəddəs ocaqlarla bağlı mətnlərin, o cümlədən nağılların, bayatıların və s. toplanmasını zərurətə çevirmişdir. Çünki söyləyicilik ənənəsinin zəifləməsi folklor nümunələrinin yaşlı nəsildən gənc nəslə ötürülməsi prosesinin xeyli zəifləməsinə səbəb olmuşdur. Bunun nəticəsidir ki, bu gün özünü qarabağlı sayan, lakin oradakı tarixi-coğrafi məkanlar, müqəddəs ocaqlar, ümumiyyətlə, Qarabağ folkloru haqqında əsaslı təsəvvürü olmayan yeni bir nəsil formalaşmaqdadır. Qarabağ sakinlərinin yaddaşındakı folklor nümunələrini toplamaqla biz nəinki həmin nümunələri məhv olmaqdan xilas edirik, həm də gənc nəslin doğma tarixi-coğrafi məkanı, həmin məkanın folklorunu, etnoqrafiyasını daha yaxından tanımasına kömək etmiş oluruq. Belə ki, Qarabağdan toplanmış istənilən folklor mətni özündə bu bölgənin etnoqrafiyası, dili, tarixi, məişəti, coğrafiyası haqqında informasiya daşıyır. Qarabağın qədim türk yurdu olduğunu və onun hər bir daşında, torpağında türkün izi olduğunu folklor nümunələri bir daha əsaslı şəkildə göstərmiş olur.
  • Чтобы скачать этот файл зарегистрируйтесь и/или войдите на сайт используя форму сверху.
  • Регистрация