Müəllim üçün metodik vəsait. Dilrüba Cəfərova, Hidayət Allahverdi, Sahibə Məmmədova. — Bakı: Altun kitab, 2016. — 160 səh.
Təqdim edilən dərslik komplektinə iki kitab daxildir: dərslik və müəllim üçün metodik vəsait (MMV). Bu komplekt üzrə Azərbaycan dili tədrisinin 6 bölmədə keçirilməsi nəzərdə tutulur. VIII sinifdə Azərbaycan dilinin tədrisi üçün həftədə 3 saat olmaqla 34 həftə (102 saat) nəzərdə tutulmuşdur. Kiçik summativ qiymətləndirmə (KSQ) 6 həftədən gec olmayaraq həyata keçirilir və özündə həmin bölmədə reallaşdırılmış standartlar üzrə bacarıqların yoxlanılmasını ehtiva edir. Böyük summativ qiymətləndirmə (BSQ) hər yarımilin sonunda aparılır. KSQ üçün nümunə tapşırıqları MMV-də təqdim edilmişdir.