Eşitməsində çətinliyi olan uşaqlar üçün dərslik. C.Məmmədova, S.Bayramova, O.Şahsuvarova. — Bakı: Çaşıoğlu-Multimedia, 2011. — 236 s. — ISBN: 9789952273106
Əlifba təlimi dövründə uşaqlar əlifba ilə tanış olurlar. Hərflərin təqdim olunma ardıcıllığı şagirdlərin tələffüz xüsusiyyətlərini nəzərə almaqla müəyyən edilmişdir. Bu sistemlə uşaqlar öyrədilən hərfi asanlıqla oxumağı, onu əllə göstərməyi və səsi tələffüz etməyi öyrənəcəklər. Əlifbada işlədilən söz və cümlələr şəkillərlə, jestlərlə, daktillə izah edilmişdir. Müəllim şagirdlərin hərfi daktillə düzgün oxunmalarına, yazılı işarənin düzgünlüyünə, səsin isə düzgün tələffüz edilməsinə nəzarət edəcək. Sonrakı müddətdə sözləri hecalara ayırmaq, hecalardan sözlər düzəltmək, sözlərdən sadəcümlələr, cümlələrdən isə kiçik mətnlər qurmaq üzrə iş gedəcəkdir.