Bakı, 2009. — 133 s.
Böyük özbək şairi Əlşir Nəvainin /1441-1501/ özbək və fars dillərində yazdığı bir sıra əsərlər XX əsrin ortalarından Azərbaycanda dilimizə tərcümə edilərək çap olunmağa başlamışdır. Təəssüf ki, bu mütəfəkkirin əsərləri külliyatı hələ tərcümə olunmağından küll halda oxucularımızın mütaliəsinə yetişməmişdir. Lakin sevindirigi haldır ki,dörd qəzəllər divanı onlarla nəzm və nəsr əsəri yazvn Əlişir Nəvai irsinə başqa ölkələrdə olduğu kimi azərbaycanda da diqqət yetirilməyə başlamış, 1947ci ildə onun «Yeddi səyyərə» /Səbeyi-səyyar/ poemasından parçalar (şair Ələkbər Ziyatay tərəfindən tərcümə olunmuşdur) «Uşaqgəncnəşr» tərəfindən buraxılmışdır. Qeyd edim ki, «Yazıçı» nəşriyyatı həmin poemanın daha mükəmməl nəşrini çap edərək 1979-cu ildə oxucuların mütaliəsinə vermişdir. «Yeddi səyyarə»-nin II nəşrinin yenidən yenidən latın əlifbası ilə çapı olduqca sevindiricidir. Tərcümə müəllifi Ə. Ziyatay vaxtı ilə tərcümə etdiyi I nəşrin üzərində işləyərkən onu kiçik düzəlişlərlə II nəşrə də daxil etmiş, Azərbaycan oxucusunu yenidən özbək şairi Əlşir Nəvainin mənzum bir qələm məhsulu ilə tanış etmişdir.
«Yeddi səyyarə» nin tərcümə olunmuş bir sıra misra və beytlərinə bizim tərəfimizdən cüzi düzəlişlər edilmişdir.