Bakı: Azərbaycan Milli Ensiklopediyası, 2002. — 106 səh. — ISBN 5896003633.
Klassik şerimizin dahi ustadı Məhəmməd Füzulinin yaradıcılığında alleqoriya məsələsindən bəhs edən bu kitab Əzizağa Nəcəfzadənin ilk iri həcmli elmi əsəridir. Kitabda Füzuli alleqoriyalarının tədqiq və nəşr tarixindən, mövzu və ideya mənbələrindən söhbət açılır, şairin “Bəngü Badə”, “Söhbətül-əsmar”, “Yeddi cam”, “Səhhət və Mərəz”, “İt və pişik” kimi alleqorik əsərləri tədqiqata cəlb edilərək, onların real həyati qaynaqları, fəlsəfi-poetik qayəsi, əxlaqi-didaktik xarakteri, ideya və məzmunu elmi təhlil olunur, janr və forma xüsusiyyətləri açıqlanır. Bundan əlavə, Füzulinin fikirlərini daha obrazlı, daha orijinal və rəngarəng ifadə etmək məqsədilə alleqoriyadan bir bədii ifadə vasitəsi, bir ünsür, rəmz, məcaz növü kimi istifadə etdiyi digər əsərlərində xüsusi alleqorik ifadələrdən obrazın daxili aləmini açmaq, onun dəruni hisslərini daha aydın ifadə edə bilmək üçün faydalandığı konkret misallar əsasında aydınlaşdırılır.