2021
Azərbaycan Türkcəsində çox saylı alınma sözlər var, bunun böyük hissəsi ərəb-fars
sözləridir. Onların arasında əksər sözlər üçün qarşılıq tapılır. Qarşılığı tapılmayan sözləri
isə bizim millət ən azı 1000 ildir işlədir, amma Sovetlər Azərbaycanı işğal etdikdən sonra
1930-cu illərdən (əsas da 1937-1939 illər arası) Sovet rejimi tərəfindən Azərbaycan Türk
dilinə “internasionalizmlər” (интернационализмы) yeridilir. Bunun nəticəsində bir çox
sözlər dildən sadəcə silinir, eyni zaman Azərbaycan Türkcəsinə “Azərbaycan dili” adı
verilir, Ŋ ŋ hərfi əlifbadan yığışdırılır, latın əlifbası kiril əlifbası ilə əvəz olunur. Bu
səbəbdən, mənim fikirimcə, Azərbaycan Respublikasının hökuməti 1937-ci ilə kimi
yazılan bütün lüğətlərimizi yenidən nəşr etməlidir, çünki artıq yeni yunan-latın və slavyan
mənşəli rus sözləri Azərbaycan lüğətində lazımsız qədər yer aldı.
Bu lüğət üçün sözlər 2014-cü ildən bəri yığılırdı. İlk nəşrdə 500 söz varıydı, lakin sözlərin
bir hissəsi yeni uydurma sözləriydi və az istifadə olunurdu, bəzi sözlər başqa dillərdən
(əsasən ruscadan) hərfi tərcüməydi. Buna görə sözlərin bir qədərini silmək və ikinci
nəşrində lüğəti 1000 sözə kimi artırmaq qərarına gəldim. Burada alınma sözlərin
qarşılıqların çoxusu Azərbaycan dilinin izahlı lüğətində var. Qalan sözlər isə köhnə
Azərbaycan Türkcəsi lüğətlərindən, başqa Türk dillərindən, və eləcə də Azərbaycan
Türkcəsinin ləhcələrindən götürülüb. Köhnə Azərbaycan Türkcəsindən, başqa Türk
dillərindən və Azərbaycan ləhcərindən götürülən sözlər ədəbi Azərbaycan dilinin
orfoqrafiyasına uyğunlaşdırılıb. Alınma sözlər Azərbaycan əlifbası sırasıyla düzülüb,
qeydlər (varsa) mötərizədə yazılıb. Hər sözün kökəni qeyd olunub.
Bu lüğətdə yazılan bəzi “Türk” saydığımız sözlərin kökənləri Çin, Monqol, Soğd və başqa
dillərdən gələ bilər: tanrı, bəy, su, iş, qadın və dilimizin böyük hissəsi alınma sözlərdən
ibarətdir, lakin bu alınmalar hələ Azərbaycan türk xalqı formalaşmamış Türk dilinə daxil
olublar; bu lüğətdə alınma sözlər şərti olaraq X-cu yüzildən sonra gələn mənşəyi
Türk-Altay olmayan sözlər sayılır, səbəbi: Türk tayfaların Azərbaycanda çoxluğa dönməsi
çox tarixçilər X-cu əsrlə, ayrıca bir millətə dönməsini (“Azərbaycan türkləri”) isə XV-ci
ərslə əlaqələndirir.